Debugging
I S H - V A R | Azərbaycanda vakansiyalar
Axtarış üçün bir söz daxil edin:

Şəhər seçin:

Maaş aralığı (AZN):
 
Qəza komissarları şöbəsinin mütəxəssisi (Nəsimi,Binəqədi,Yasamal)   Paylaş       Qeri gayıt
Ateshgah Insurance Company / Baku Maaş: 600 AZN Göndərmə: 31.10.2019 Son tarix: 28.11.2019

Namizədə tələblər
• Yaş: 23-35
• Təhsil: Ali
• İş təcrübəsi: təcrübəsi olanlara üstünlük verilir.
• İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır)
• Sürücülük vəsiqəsinin olmağı mütləqdir.
• Mütləq şəxsi avtomobili olmalı
• Yaşayış yeri: Bütün Mikrorayonlar,İnqlab


Əsas vəzifə öhdəlikləri


• Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
• Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
• Hadisə yerinə qəza xidmətlərini çağırmaq (DYP,FHN,Təcili tibbi yardım və s.)
• Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
• Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
• Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
• Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
• İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
• Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
• Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : Cədvələ uyğun normallaşdırılmamış iş qrafiki

• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN
QEYD : Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi ” qeyd etmələri xahiş olunur.

Üzr istəyirik! Bu vakansiyanın müddəti bitdi.

ISH-VAR.com | 2018 ©